BAKI, 13 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 14-də havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbayca-a verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək, axşam cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə və gündüz 1-3° isti, Bakıda gecə - gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv, güclü olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə -səhər saatlarında duman olacaq. Güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta, yüksək dağlıq ərazilərdə gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.
Bu qış 30 ilin ən soyuq qışı olacaq
Qeyd edək ki, bu gün axşamdan başlayaraq ölkə ərazində havanın soyuması və güclü küləklə yanaşı, yanvarın 16-dək davam edən atmosfer təzyiqinin təzadlı qalxıb-enməsi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın mətbuata açıqlamasına görə, bu təsir effekti qısa müddət ərzində bir neçə dəfə 1000 metrlik yüksəkliyə qalxıb-enmə nəticəsində yarana biləcək hisslə müqayisə edilə bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva açıqlamasında qeyd edib ki, Avropa meteoxidmətləri bu ilin qışının son 30 ilin soyuq qışı olan illərindən olacağını istisna etmir. O bildirib ki, qış havasına qütb burulğanı olan alçaq təzyiqli arktika hava burulğanı təsir edəcək.
U.Tağıyevanın sözlərinə görə, həddindən artıq soyuq arktik hava kütlələri şimal yarımkürəsindən cənub enliklərədək yayıldıqda belə hava hadisəsi "arktika sıçrayışı" adlanır:
"Hazırda çox soyuq hava kütləsi Rusiyanın Avropa hissəsində anomal soyuqlara səbəb olub, güclü qar,çovğun, yollarda buz örtüyü əmələ gətirib. Artıq şimaldan cənuba yönəlmiş soyuq atmosfer cəbhəsi Şimali Qafqazda güclü qara səbəb olmaqla, qar uçqunları təhlükəsi yaradıb".
Şaxtalı-qarlı hava kütlələri ölkəyə daxil olacaq
O, bildirib ki, , həftənin 2-ci yarısında Şimalı Qafqazda,Türkiyənin Aralıq dənizi sahillərində baş verən proseslərin əlamətləri bizim ərazimizdə də özünü göstərməyə başlayacaq:
"Yanvarın 13-ü gündüzdən Bakı və Abşeronda, eləcə də Kür çayı boyu ərazilərdə küləyin güclənəcəyi gözlənilir. Soyuq qarlı hava kütlələrinin şimal -qərbdən daxil olacağı proqnozlaşdırılır.
Bununla əlaqədar, 13-də səhər Naxçıvan MR-da, Qarabağda, Şərqi Zəngəzurda, gündüz Böyük Qafqaz bölgəsində qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, temperaturun kəskin aşağı düşəcəyi gözlənilir. Yollar buz bağlayacaq.
Onun sözlərinə görə, Bakıya qarın düşməsi ilə bağlı yaxın günlərdə bir daha dəqiqləşdirilmiş məlumat təqdim ediləcək:
"Lakin proqnoz modelləri böyük ehtimalla Abşeronda sulu qarın yağacağını deməyə imkan verir. Belə ki, Bakıda və Abşeronda 13-ü axşam saatlarından yağış yağacağı, 14-də sulu qara, Bakı şəhərinin nisbətən yüksək ərazilərində isə qara keçəcəyi gözlənilir".
Həmçinin oxuyun: