SƏHİYYƏ

Qamaleya mərkəzi "omikron" ştammı barədə xəbərdarlıq edib

Rəhbər müavini deyib ki, "omikron" ştammının yüngüllüyündən danışmağa dəyməz və sevinməyə də ehtiyac yoxdur.
Sputnik
BAKI, 11 yanvar — Sputnik. Koronavirusun "omikron" ştammı Rusiyanı əhatə edəcək, xəstəliyin səviyyəsi çox yüksək olacaq, buna görə də bu ştammın yüngüllüyündən danışmağa ehtiyac yoxdur.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qamaleya mərkəzinin rəhbər müavini Denis Loqunov xəbərdarlıq edib.
"Tamamilə", - deyən Loqunov Youtube kanalında "Solovyov Live"ın efirində "omikron"un Rusiyanı əhatə edib-etməyəcəyi sualına cavab verərkən bildirib.
O qeyd edib ki, xəstəliyin səviyyəsi çox yüksək olacaq.
"Omikron" ştammı üzrə xəstələnmə səviyyəsi və meyli indiyədək görünməmiş səviyyədədir. Bizdə ölüm və xəstəxanaya yerləşdirilənlərin sayı 60-70% azala bilər, ancaq eyni zamanda o qədər xəstələnmə səviyyəsi olacaq ki, bütün bunları üstələyəcək. Buna görə də hazırda "omikron" ştammının yüngüllüyündən danışmağa dəyməz və sevinməyə də ehtiyac yoxdur", - deyə Loqunov vurğulayıb.
Eləcə də oxuyun:
* Azərbaycanda koronavirusun "Omikron" ştammı aşkarlandı
* "Omikron" ştammının əsas əlamətləri açıqlanıb
* Koronavirusun yeni növü peyda oldu: Omikronun "qardaşı" İHU dünyaya gəlib