RUSİYA

ABŞ istərdi ki, KTMT sülhməramlı missiyası olmasın - Volodin

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ-ın Qazaxıstana dair tələbini şərh edib.
Sputnik
BAKI, 11 yanvar — Sputnik. ABŞ rəhbərliyi istəyərdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiyası olmasın, Qazaxıstandakı qeyri-sabit vəziyyət qalsın. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
"Vaşinqtondan Qazaxıstan rəhbərliyindən kömək üçün KTMT-yə niyə müraciət etməsinin izahatını tələb edən bəyanatlar eşidirik. ABŞ rəhbərliyi istəyərdi ki, KTMT-nin sülhməramlı missiyası ümumiyyətlə mövcud olmasın ki, Qazaxıstan ərazisində qeyri-sabit vəziyyət qalsın", - deyə Volodin qeyd edib.
Parlamentari əlavə edib ki, Vaşinqton üçün humanitar problemlər, insanların iztirabları, dövlətin məhvi ikinci plandadır. "Bütün dünya bunu NATO qoşunları Liviya, İraq, Suriya, Əfqanıstana bu ölkələr tərəfindən heç bir müraciət olmadan daxil olarkən gördü. Bu ölkələrin xalqları hələ də Amerika müdaxiləsinin nəticələrindən əziyyət çəkir".
"Xarici muzdluların mülki şəxslərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlarda, dövlət qurumlarının və digər obyektlərin ələ keçirilməsində iştirakından narahat olan Çinin, KTMT və ŞƏT-dəki digər tərəfdaşlarımızın mövqeyi regionda sabitliyə kömək edir", - deyə Volodin qeyd edib.
Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.
Eləcə də oxuyun:
* Tokayev KTMT missiyasının Qazaxıstandan çıxacağı vaxtı açıqladı
* Tokayev Qazaxıstanda baş verənlərin əsl səbəblərini açıqladı
* Putin: "KTMT sülhməramlıları Qazaxıstandan çıxarılacaq"
* Qazaxıstanda vəziyyət tam nəzarətdədir, hadisələr zamanı ölənlərin isə sayı artıb