RUSİYA

Ryabkov: Rusiya heç bir güzəştə getməyəcək

Rusiya xarici işlər nazirinin müavini: ABŞ və NATO-dan olan həmkarlarımızın bizə lazım olanı həqiqətən dərk etmək istəməməsi ilə üzləşəcəyik.
Sputnik
BAKI, 9 yanvar — Sputnik. "Moskva ABŞ-ın Rusiyadan birtərəfli güzəştlərdə israr etməyə davam etməsinə təəssüflənir. ABŞ konstruktivlik əvəzinə spekulyasiyaya üstünlük verir. Bu, təhlükəsizlik zəmanətləri üzrə məhsuldar müzakirə üçün əsas ola bilməz". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov RİA Novosti-yə bildirib.
O vurğulayıb ki, Rusiyanın Cenevrədə əsas vəzifəsi NATO-nun genişlənməməsi və onun sərhədləri yaxınlığında hücum silahlarının görünməməsi məsələsini müzakirə etməkdir:

"Bütün bunlar hüquqi formadadır. Onlar deyir ki, Rusiya bunu etməlidir, başqa bir şeyi belə etməlidir. Biz dəfələrlə məsələlərin belə qoyulmasına reaksiya vermişik. Bu bütün səviyyələrdə nəinki razılaşma, hətta məhsuldar müzakirə üçün əsas ola bilməz".

Ryabkov Cenevrədə keçirilməsi planlaşdırılan Rusiya-ABŞ görüşünü dəyərləndirərkən deyib ki, çox güman ki, ümumi dil axtarışımız zamanı ABŞ və NATO-dan olan həmkarlarımızın bizə lazım olanı həqiqətən dərk etmək istəməməsi ilə üzləşəcəyik:
"Lakin biz, qarşıdakı təmaslarda Qərb nümayəndələrı tərəfindən bizə qarşı daim formalaşdırılan təhdidlər və təzyiqlər rejimində heç bir güzəştə getməyəcəyik".
Onun sözlərinə görə, bundan ümumiyyətlə söhbət gedə bilməz.
"Bu, öz maraqlarımıza, təhlükəsizliyimizə zidd hərəkət etmək deməkdir", - rusiyalı diplomat vurğulayıb.
Xatırladaq ki, bu gün Cenevrədə Rusiya nümayəndələri ilə strateji sabitlik üzrə ikitərəfli dialoq çərçivəsində danışıqların ilkin mərhələsinə başlayacaq. Əsas məsələ isə gələn həftənin birinci günü, yanvarın 10-da keçiriləcək.
Həmçinin oxuyun:
ABŞ-Rusiya görüşü öncəsi brifinq: Heç vaxt razı ola bilmərik
* NATO Rusiya ilə dialoqa hazırdır və Ukrayna məsələsində həmrəydir
* Putinlə Bayden nədən danışıblar - qapalı söhbətin gizlinləri