Çörək Azərbaycanda həmişə müqəddəs və bərəkət rəmzi hesab edilib. Biz də bunu sosial eksperimentlə yoxlamaq qərarına gəldik.
Uşaqlıqdan bizə öyrədilən dərslərdən biri də çörəyi yerə atmamaq və ona hörmətlə yanaşmaq olub. Bəs görəsən, cavan nəsil bu gözəl ənənəyə hələ də sadiqdirmi?
Çörəyi yerə qoyduğumuz andan o, bircə dəfə də olsun 10-15 saniyədən artıq yerdə qalmadı. Hər yanından keçən çörəyi dərhal qaldırıb, qırağa qoymağa çalışdı. Hətta apardığımız sosial təcrübəni təhqir hesab edənlər və ona son qoymaq istəyib çörəyi bizdən gizlədənlər də oldu.
Nəticədə çəkilişdə yaranan bu cür çətinliklərə görə məkanı dəyişmək qərarına gəldik. Amma burada da müşahidələrimiz dəyişməz qaldı.
Fərq etməz hansı qiymətədəir - çörək Azərbaycanda qiymətsizdir, ən böyük bərəkət rəmzidir. Ümid edirik ki, bu gözəl adət nəsildən-nəslə ötürülməyə davam edəcək.
Ən əsası odur ki, yolla gedəndə gözümüzü telefona zilləməyək. Və hər kəsin çörəyi ayaq altında, zibil qabında deyil, süfrəsində olsun.
Eləcə də oxuyun:
* Mağazalar çörəyin qiyməti ilə necə "oynayır"? - Reportaj - Video
* Çörəyin qiyməti qalxdı, bəs keyfiyyəti? - VİDEO