BAKI, 9 yanvar - Sputnik. Rusiya Etnoqrafiya Muzeyi (REM) 2022-ci ilin payızında Azərbaycan Milli Xalça Muzeyində rus xalqının incəsənət, sənətkarlıq və mədəniyyəti mövzusunda sərgi keçirəcək. Ekspozisiyada Natalya Şabelskayanın XX əsrin əvvəllərinə aid kolleksiyası təqdim olunacaq.
O, Rusiyanın bütün əyalətlərindən köhnə rus geyimlərinin (kəndli, tacir, şəhər sakinləri, dindarlar) unikal kolleksiyasını - papaqlar, yun və ipək yaylıqlar, köhnə tikmə nümunələri, krujeva parça, əyirici çarxlar, oyuncaqları bie yerə toplayıb.
Xatırladaq ki, 2021-ci il fevralın ortalarında “Xalçaya taleyin sapını toxuyaraq... Azərbaycanın dekorativ-tətbiqi sənəti" adlı ekspozisiya Rusiya Etnoqrafiya Muzeyində (REM) nümayiş olunub.
Ekspozisiya REM tərəfindən Azərbaycan Milli Xalça Muzeyi ilə birgə hazırlanıb.
Наряды в русском стиле
© Sputnik / Коробейников Дмитрий
Natalya Şabelskaya Xarkov vilayətinin ən böyük mülkədarı Petr Nikolayeviç Şabelskinin həyat yoldaşıdır.
Evləndikdən sonra 14 tikişçinin çalışdığı emalatxana açıb. Ancaq Şabelskaya qızlarının təhsili naminə Moskvaya köçdükdən sonra özünü tamamilə bu işə həsr edib.
O, Rusiyada çox səyahət edərək aktiv şəkildə antik əşyalar əldə edib.
1890-cı illərin əvvəllərində Moskvadakı malikanəsində 20 mindən çox əşyanın təqdim edildiyi "Qədimlik Muzeyi"ni yaradıb.
1895-1904-cü illərdə xəstəlik üzündən xaricdə yaşayıb və orada da vəfat edib. Onun işini qızları - Parisə mühacirət edən Varvara və Natalya davam etdiriblər.
1904-cü ildə Şabelskayanın ölümündən sonra muzeyin sonrakı taleyi ilə bağlı məsələ ortaya çıxıb.
Qızları Rusiya muzeydə onun adına zalın yaradılması şərti ilə kolleksiyanı Muzeyinin Sankt-Peterburq Etnoqrafiya şöbəsinə verməyi təklif ediblər.