İDMAN

İlin ən yaxşı kişi və qadın futbolçuları - qısa siyahı

İlin ən yaxşı kişi və qadın futbolçuları mükafatlarını yanvarın 17-də alacaqlar.
Sputnik
BAKI, 8 yanvar — Sputnik. FIFA 2021-ci ilin ən yaxşı kişi və qadın futbolçuları adına namizədlərin qısa siyahısını açıqlayıb.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, kişilər arasında bu ada Fransanın PSJ klubundan Lionel Messi, Almaniyanın "Bavariya" komandasından Robert Levandovski və İngiltərə "Liverpul"undan Məhəmməd Salah iddia edirlər.
2021-ci ilin ən yaxşı qadın futbolçusu adına namizədlər arasında Cennifer Ermoso (İspaniya / "Barselona"), Samanta Kerr (Avstraliya / "Çelsi") və Aleksiya Putelyas (İspaniya / "Barselona") yer alıblar.
Xatırladaq ki, ötən ilin 22 noyabr – 10 dekabr aralığında aparılan səsvermənin yekununda Ən yaxşı oyunçu, Ən yaxşı baş məşqçi, Ən yaxşı qapıçı, Feyr Pley, Ən yaxşı qol üçün Puşkaş mükafatı, azarkeşlər üçün mükafatın sahibləri və İlin rəmzi komandası müəyyənləşib.
Qeyd edək ki, "The Best" mükafatı yanvarın 17-də təqdim ediləcək.