BAKI, 8 yanvar — Sputnik. Bütün dünya üzrə aşkar edilən koronavirusa yoluxma hallarının sayı 300 milyonu ötüb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, eləcə də medianın və digər açıq mənbələrin məlumatlarını cəmləşdirən Con Hopkins Universiteti bildirib.
Cümə günü Moskva vaxtı ilə saat 6:00-a olan məlumata görə, dünyada qeydə alınan COVID-19 hadisələrinin sayı 300,002,021-ə çatıb, bütün müddət ərzində 5,471,856 nəfər vəfat edib.
Qeyd edək ki, "G1" xəbər portalının məlumatına əsasən, Braziliya hakimiyyəti koronavirusun "omikron" ştammından ilk ölüm faktını qeydə alıb, söhbət xroniki xəstəlikləri olan şəxsdən gedir.
"Aparesida di Qoyaniyada (Qoyas ştatı) "omikron" variantından ilk ölüm qeydə alınıb. Vəfat edən şəxs yaşlı kişidir", - deyə KİV qeyd edib.
Söhbət hipertoniya və xroniki ağciyər xəstəliyindən əziyyət çəkən 68 yaşlı kişidən gedir.
O, peyvəndin üç dozası ilə peyvənd olunub.
Həmçinin oxuyun: