BAKI, 7 yanvar — Sputnik. Qazaxıstan Prezidentı Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrinin liderlərini göstərdiyi dəstəyə təşəkkür edirəm. Sputnik Azərbaycan xəbər verir ki, bunu Qazaxıstan lideri bu barədə xalqa müraciətində bildirib.
"Mən KTMT-yə sədrlik edən Ermənistanın baş nazirinə, o cümlədən Belarus, Qırğızıstan, Tacikistan prezidentlərinə səmimi təşəkkürümü bildirmək istərdim... Çin Xalq Respublikasının Sədrinə, Özbəkistan, Türkiyə prezidentləri, BMT və digər beynəlxalq təşkilatların rəhbərlərinə dəstək sözlərinə görə də öz təşəkkürümü bildirirəm", - deyə Tokayev qeyd edib.
Tokayev Rusiya Prezidenti Vladimir Putinə xüsusi il təşəkkür edirəm: "Mən Rusiya Prezidenti Vladimir Putinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Müraciətimə çox operativ, ən əsası isə dostcasına reaksiya verdi".
KTMT-nin Qazaxıstanda sülhməramlı missiyası
Xatırladaq ki, yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.
Yanvarın 5-də gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib. Bu barədə Şuranın sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat verib.
"Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb", - Paşinyan yazıb.
KTMT kontingentinin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin birləşmələri daxildir. Qazaxıstanda KTMT sülhməramlıları dövlət və hərbi obyektləri mühafizə edəcək, yerli hüquq-mühafizə orqanlarına vəziyyətin sabitləşdirilməsində kömək edəcəklər.
Qeyd edək ki, KTMT-nın sülhməramlı missiyası çərçivəsində Rusiya Qazaxıstana 3 000, Belarus 500, Tacikistan 200, Ermənistan isə 70 hərbçi göndərib.
Qırğızıstan isə Qazaxıstana 150 hərbçi və 19 ədəd texnika göndərmək niyyətindədir.
Eləcə də oxuyun:
* Qazaxıstandan son xəbərlər: Astanada atəş və partlayışlar
* Rusiya heç nə etməsə, çox qəribə olardı - Leonid Kalaşnikov