BAKI, 7 yanvar — Sputnik. Sonradan ödənişli, yəni, mexaniki sayğaclarda tarif limitlərinin sıfırlanması ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin 104 çağrı mərkəzinə abonentlər tərəfindən 144 min sayğac şəkli göndərilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu qurumun “104 Operativ Xidmət” şöbəsinin rəisi Xalidə Şimşək "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlər üçün keçirilən brifinqdə deyib.
X.Şimşək deyib ki, qəbul olunan şəkillərin yalnız 30%-i oxumaq üçün yararlı olub:
"Bu 30%-in 85-90%-i artıq emal olunub və bazaya yerləşdirilib".
Qeyd edək ki, hazırda respublika üzrə 1,5 milyona yaxın abonent mexaniki sayğaclarla təmin olunub, onun da 370 mini Bakı və Abşeronun payına düşür.
Həmçinin oxuyun: