CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gülmək istəyənlər üçün Əlixan Rəcəbovdan yeni film - VİDEO

Filmdə diqqətçəkən digər şəxs isə meyxanaçı Pərviz Bülbülədir. Bir saat əvvəl "Youtube" portalına yerləşdirilən film 10 mindən artıq baxış sayı toplayıb.
Sputnik
BAKI, 7 yanvar — Sputnik. Rejissor və aktyor Əlixan Rəcəbovun ideya müəllifi olduğu film ərsəyə gəlib. Sputnik Azərbaycan xəbər verir ki, ekran işi "Sonuncu şam yeməyi" adlanır. Filmdə yer alan simalar isə kifayət qədər populyar və kino arenasında sözünü demiş şəxslərdir.
Belə ki, ekran işində Xalq artistləri Səidə Quliyeva, Şamil Süleymanov, Ramiz Novruz, Əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Elcan Rəsulov, Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Azər Aydəmir, Cavidan Novruz və Nicat Rəhimov Fuad İskəndərov, Mənsur Şərif, Sevinc Əliyeva, Şəhanə Rzayeva və Lalə Süleymanova da filmdə rol alıblar.
Filmdə diqqətçəkən digər şəxs isə meyxanaçı Pərviz Bülbülədir. Qeyd edək ki, "Sonuncu şam yeməyi"nin ssenari müəllifi və rejissoru Əlixan Rəcəbovdur. Az müddət ərzində "Youtube" portalına yerləşdirilən film 93 mindən artıq baxış sayı toplayıb.
Həmçinin oxuyun:
Gözlənilən film: Taleh Yüzbəyov salonu ağlatdı - VİDEO - FOTO
Azərbaycanlı aktyorun yeni filminin premyerası "KINOPOISK"də – FOTO