CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağ müharibəsi iştirakçısına qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayır

İş üzrə toplanmış sübutlar əsasında Əhliman Qurbanova 24 dekabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla dələduzluq və rüşvət verməyə təhrikçilik maddələri ilə cinayət işi məhkəməyə göndərilib.
Sputnik
BAKI, 6 yanvar — Sputnik. Vətəndaşa qarşı dələduzluq edən şəxsin cinayət işi məhkəməyə göndərilib. Sputnik Azərbaycan Baş Prokurorluğun mətbuat xidmətinə istinadla xəbər verir ki, Qurbanov Əhliman Sultan oğlunun vətəndaşa qarşı qanunsuz hərəkətlər etməsi barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Aparılmış istintaqla Əhliman Qurbanovun 2018-ci ildə ona müraciət edən birinci Qarabağ müharibəsi iştirakçısına özünün yüksək vəzifədə işləyən səlahiyyətli tanışı vasitəsilə əlillik dərəcəsinin alınmasına köməklik göstərəcəyini yalandan vəd edərək sonuncunun 16 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə, həmin hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Əhliman Qurbanova 24 dekabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4,312.1-ci (rüşvət verməyə təhrikçilik) maddələri ilə yekun ittiham elan edilməklə, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Həmçinin oxuyun:
Tağıyevin cinayət işi: Bakıda ana və azyaşlı oğlunu öldürən şəxsə 7 il iş verildi
Rövşən Lənkəranski və Lotu Quli ölsə də, adamları ənənəni yaşadır - apellyasiya şikayəti