DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bu ölkədə kinonun inkişafı məqsədilə xüsusi şəhərcik salınacaq

Ekspertlər hesab edirlər ki, belə şəhərciyin tikilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə, Özbəkistanın kino sənayesinin inkişafına güclü təkan verəcək.
Sputnik
BAKI, 6 yanvar — Sputnik. Özbəkistanda kino sənayesinin inkişaf etdirilməsi məqsədilə kinoşəhərcik salınacaq. Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, layihənin reallaşması üçün Daşkənd vilayətinin Bostanlıq rayonunda 50 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulub.
Kinoşəhərciyin tikilməsi 2022-2026-cı illərdə Özbəkistanın Strateji İnkişaf layihəsində yer alıb.
Ekspertlər hesab edir ki, belə şəhərciyin tikilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə, Özbəkistanın kino sənayesinin inkişafına güclü təkan verəcək.
Həmçinin oxuyun:
“Arxadan vurulan zərbə” filminin çəkildiyi su dəyirmanı yiyəsiz qalıb
Qarabağla bağlı film "Netflix"də nümayiş olunacaq?