FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qazaxıstanda qaz narazılığı: etiraz meydanından fotolar

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Manqistau və Almatı vilayətlərində fövqəladə vəziyyət elan edib.
Sputnik
Qazaxıstanda kütləvi etirazlar yanvarın 2-də Manqistau vilayətinin Janaözen və Aktau şəhərlərində başlayıb. Yerli sakinlər sıxılmış qazın qiymətlərinin artırılmasına etiraz ediblər. Etirazçılar qazın qiymətinin litrə görə 50 tengeyədək salınmasını tələb ediblər. Qeyd edək ki, yeni il ərəfəsində qazın qiyməti 80, daha sonra 100 tengeyədək artıb, yeni ildən sonra isə bu qiymət 120 tenge olub.
Bunun ardınca keçmiş paytaxt Almatı şəhərində iğtişaşlar başlayıb, polis etirazçıları qovmaq üçün işıq-küy qumbaralarından istifadə edib.
Sputnik-in fotolentində Almatıda yanvarın 4-dən 5-nə keçən gecə baş verənləri görə bilərsiniz.
1 / 13

Etirazçılardan biri alış-veriş üçün nəzərdə tutulan arabanı təpikləyir.

2 / 13

Almatının mərkəzində etiraz aksiyası.

3 / 13

Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) Almatının mərkəzində.

4 / 13

Almatıda etiraz aksiyaları zamanı polis əməkdaşları.

5 / 13

Almatının mərkəzində etirazçılarla qarşıdurma zamanı yanan polis maşını.

6 / 13

Almatıda etiraz aksiyası zamanı bayraqlar dalğalandırılır.

7 / 13

Almatının mərkəzində etirazçılarla qarşıdurma zamanı yanan polis maşını.

8 / 13

Etiraz aksiyasının fonunda Qazaxıstan bayrağının önündən keçən kişi.

9 / 13

Almatıdakı etiraz aksiyasına maşının baqajında qoşulanlar.

10 / 13

Etiraz aksiyasının iştirakçıları yürüş zamanı.

11 / 13

Nümayişçılər polis yük avtomobilinin qarşısını kəsiblər.

12 / 13

Etirazçılar yanan polis avtomobilinin yaxınlığında.

13 / 13

Almatının mərkəzində etiraz aksiyası.