NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti bahalaşmağa davam edir

Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevralında daha 7 min barrel artırılaraq 668 min barelə çatdırılması nəzərdə tutulur.
Sputnik
BAKI, 5 yanvar — Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,94 ABŞ dolları və ya 2,41% artaraq 82,49 dollar təşkil edib.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclasında, qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının fevral ayında 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
Yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevralında daha 7 min barel artırılaraq 668 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 50 min barel həcmində olmasını nəzərdə tutur.
Xatırladaq ki, "OPEC plus" ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir.
Həmçinin oxuyun:
Azərbaycan "OPEC plus”un hasilat artımı qərarını dəstəklədi