BAKI, 3 yanvar — Sputnik. Azərbaycan əsilli döyüşçü Rafael Fiziyev braziliyalı Rafael Dus Anjusu Mütləq Döyüş Çempionatında (UFC) duelə dəvət edib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Dus Anjus "Twitter" hesabında ABŞ-dan olan Toni Ferqyusonla fevralın 19-da revanş keçirmək istədiyini yazıb.
Fiziyev isə bu paylaşıma belə reaksiya verib:
"Biz hamımız bu qarşılaşmanı görmüşük. Mən artıq UFC-yə həmin gün üçün hazır olduğumu demişəm".
Qeyd edək ki, Rafael "Tiger Muay Tai & MMA" idman klubunda çıxış edir. Döyüş səhnəsində peşəkar ilk debütünü 2015-ci il iyulun 18-də Sem Bastinə qarşı keçirdi və qələbə qazanıb. 2019-cu il oktyabrın 26-da Aleks Vayta qarşı UFC qarşılaşmasında qələbə ilə diqqət mərkəzinə düşüb.
Xatırladaq ki, Ferqyuson 2016-cı ildə Rafael Dus Anjusa qalib gəlib.