BAKI, 1 yanvar — Sputnik. Şimali Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In 2021-ci ili ölkəsi üçün böyük qələbə ili adlandırıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə o partiyasının plennum iclasının bağlanış mərasimində danışıb.
Şimali Koreya lideri bildirib ki, 2022-ci ildə böyük ölümcül savaşda qalib gələcəklər:
"2022-ci ilin mübarizəsi nəhəng ölümcül mübarizədir, onu qətiyyətlə başlatmalı və sosializmin hərtərəfli inkişafı naminə ən kiçik gecikmə olmadan qalib gəlmək lazımdır".
Kim Çen In qeyd edib ki, 2021-ci ili ölkə üçün ilin əvvəlində qəbul edilmiş yeni beşillik planı həyata keçirmək və "subyektiv və obyektiv şərtləri" anlamaq baxımından "açar" ildir:
"Bu plenar iclasda biz hamımız gələn ilin strateji əhəmiyyətini, irimiqyaslı və əhəmiyyətli işlərin bu ildən həyata keçirilməsini dərk edərək, məsuliyyətli və çətin problemlərə toxunduq".
Kim Çen In ABŞ və Cənubi Koreya ilə münasibətlər haqqıdan geniş danışmayıb, əsasən ölkə daxilindəki problemlərdən danışıb.
Xatırladaq ki, dekabrın 27-dən 31-dək Şimali Koreya Fəhlə Partiyasının 8-ci çağırış Mərkəzi Komitəsinin dördüncü plenar iclası keçirilib. Mərkəzi İnformasiya Komitəsinin məlumatına görə, iclasda ölkənin 2022-ci il büdcəsi, 2021-ci ilin işlərinin yekunları və qarşıdan gələn ilin planları, aqrar məsələlər, partiya nizamnaməsində dəyişikliklər və təşkilati məsələlər müzakirə olunub. Plenumun yekununda yekdilliklə təsdiq edilmiş qətnamə qəbul edilib.
Kim Çen In Kim Çen İr və onun üçüncü arvadı Ko Yonq-huinin kiçik oğludur.
Həmçinin oxuyun: