BAKI, 31 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə xalqımızı təbrik edib.
Sputnik Azərbaycan bildirir ki, dövlət başçısı sosial şəbəkə hesabından paylaşım edib.
Qeyd edək ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.
O vaxtdan etibarən 31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram kimi dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlı tərəfindən qeyd olunur.
Eləcə də oxuyun: