RUSİYA

Moskvadan qonaq gözləyənlər, onlarla aviareys ləğv olunub

Rusiyanın digər şəhərlərində də pis hava şəraiti ucbatından təyyarə reysləri gecikir.
Sputnik
BAKI, 31 dekabr - Sputnik. Moskva aeroportlarında Yeni il ərəfəsində 90-dan çox aviareys ləğv olunub.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən bildirir ki, Rusiya paytaxtının aeroportlarındakı elektron tablolarda müvafiq məlumatlar yerləşdirilir.
Domodedovo aeroportunda 20 reys gecikir, ikisi isə ləğv olunub. Vnukovoda 12 reys gecikir, üç reys ləğv edilib.
Ən çox bəxti gətirməyənlər Şeremetyevo aeroportundadır - altı reys vaxtından gec uçacaq, 49 reysin sərnişinləri isə özlərinə başqa marşrut axtarmalı olacaqlar.
Rusiyanın digər şəhərlərində də pis hava şəraiti ucbatından təyyarə reysləri gecikir.