AZƏRBAYCAN XƏBƏRLƏRİ

Mehriban Əliyevadan bayram təbriki

Birinci vitse-prezident sosial şəbəkə hesabından bayramla bağlı paylaşım edib.
Sputnik
BAKI, 31 dekabr - Sputnik. Birinci vitse-prezident Mehriban Əliyeva 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Sputnik Azərbaycan bildirir ki, Birinci vitse-prezident bununla bağlı sosial şəbəkə hesabından paylaşım edib.
Qeyd edək ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.
O vaxtdan etibarən 31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram kimi dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlı tərəfindən qeyd olunur.
Eləcə də oxuyun:
* Prezident İlham Əliyevdən Azərbaycan xalqına təbrik
* Bir könüldə min can olaq, daha da mehriban olaq