BAKI, 30 dekabr — Sputnik. İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti artırılır.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV-dən azaddır. Layihəyə əsasən, bu müddət 1 il artırılır. Başqa sözlə, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad olacaq.
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.