BAKI, 30 dekabr — Sputnik. Azərbaycan idmançılarının 2021-ci ildə qazandığı medalların sayı açıqlanıb.
Azərbaycan Gənclər və İdman Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, başa çatmaqda olan il ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, Qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda ümumilikdə 519 medal qazanılıb.
Bu medallardan 179-u qızıl, 147-si gümüş və 193-ü bürüncdür. Olimpiya növlərində 227 (62 qızıl, 62 gümüş, 103 bürünc) mükafat əldə olunub.
İdmançılarımız qeyri-olimpiya növlərində 292 (117 qızıl, 85 gümüş, 90 bürünc) dəfə fəxri kürsüyə qalxıblar.