AZƏRBAYCAN XƏBƏRLƏRİ

“TURKOVAC” vaksinləri Azərbaycana gətiriləcək

Azərbaycanda “TURKOVAC”ın 3-cü faza klinik sınaqlarına müsbət rəy verilib.
Sputnik
BAKI, 29 dekabr — Sputnik. Bir neçə ay əvvəl "TURKOVAC" vaksininin kliniki tədqiqatları zamanı Azərbaycan, Pakistan və Qırğızıstan kimi ölkələrlə birgə elmi araşdırmalar üçün fəaliyyət həyata keçirirdik. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Sağlamlıq İnstitutlarının (TÜSEB) rəhbəri professor Erhan Akdoğan "Anadolu" Agentliyinə müsahibəsində bildirib.
O qeyd edib ki, ötən həftələrdə Azərbaycanda bununla bağlı hazırlıqlar tamamlanıb:

"Ortaq elmi araşdırmalar platforması çərçivəsində "TURKOVAC" vaksinlərini yaxın gələcəkdə Azərbaycana çatdırmağı planlaşdırırıq. Bu, geniş yayılmış peyvəndləmə çərçivəsində deyil, orada davam edən elmi işlərə töhfə vermək üçündür".

“TURKOVAC”ın Azərbaycanda 3-cü faza klinik sınaqlarına müsbət rəy verilib
Qeyd edək ki, dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib ki, Türkiyənin “TURKOVAC” peyvəndi ilə bağlı rəsmi sənədləşmə artıq bitib və Azərbaycana təqdim olunub.
O qeyd edib ki, “TURKOVAC”ın Azərbaycanda 3-cü faza klinik sınaqlarına müsbət rəy verilib:
"Hazırda Türkiyədən İşçi qrupun gəlməsi gözlənilir”.
Həmçinin oxuyun:
Azərbaycanda "Türkovac"ın klinik sınaqlarına başlanacaq
TURKOVAC Azərbaycanda da tətbiq edilə bilər
Vaksinin əks təsiri ilə qarşılaşanların faizi də az deyil - SORĞU