RUSİYA

Moskva Ankara və Yerevana kömək təklif etdi - Bu mövzularda danışsınlar

Biz hesab edirik ki, tərəflər ilkin şərtlər irəli sürmədən hər iki tərəf üçün məqbul hesab edilən mövzularla bağlı müzakirələr aparmalıdır.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Rusiya Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üçün keçiriləcək dialoq prosesində vasitəçi olmağa və hər formada kömək etməyə hazırdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Biz hesab edirik ki, tərəflər ilkin şərtlər irəli sürmədən hər iki tərəf üçün məqbul hesab edilən mövzularla bağlı müzakirələr aparmalıdır. Bu, mehriban qonşuluq və etimadın bərpası üçün lazımi addımlardır", - deyə XİN başçısının müavini bildirib.
Qeyd edək ki, cari ilin dekabrın əvvəlində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Ermənistanla münasibətlərinin normallaşdırılması üçün bir sıra addımlar ata biləcəyini bildirmişdi. O qeyd etmişdi ki, Ermənistanla münasibətlər məsələsində Azərbaycanla da məsləhətləşmələr aparılır.
Ermənistanla Türkiyə arasındakı münasibətlər 1993-cü ildən bəri bəzi ön şərtlərlə bağlı yox səviyyəsindədir.
Ankara və Yerevan arasında münasibətlərin normallaşması bölgədə ümumi vəziyyətin sağlamlaşdırılmasına kömək edə bilər.
Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"Ermənistan-Türkiyə münasibətlərinin normallaşması regionda ümumi vəziyyətin sağlamlaşdırılmasına, sağlam etimad və mehriban qonşuluq mühitinin formalaşmasına xidmət edə bilər. Bu baxımdan, biz Ankara ilə Yerevan münasibətlərinin normallaşma məsələsinin müzakirəsi üçün ikitərəfli dialoqu işə salmaq niyyətini alqışlayırıq. Bu məqsədlə tərəflərin xüsusi nümayəndə təyin etməsi məntiqli və ağıllı addımdır. Öz tərəfimizdən bu prosesə hər cür kömək göstərməyə hazırıq", - deyə o bildirib.
Həmçinin oxuyun:
Azərbaycanla Ermənistan arasında delimitasiya komissiyası nə vaxt işə başlayacaq
Rusiya Qarabağa sərmayə qoymağa hazırdır – detallar
Rusiya Baş nazirinin müavinindən Azərbaycana mühüm təklif
Səfir: Rusiya regionları Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır