BAKI, 29 dekabr — Sputnik. Respublika Seysmoloji Xidmət Mərkəzinin 2021-ci ildə seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar sahəsində əldə olunmuş nəticələri təqdim olunub.
Sputnik Azərbaycan xəbər verir ki, Mərkəzin baş direktoru Qurban Yetirmişli bildirib ki, 2021-ci ildə mərkəz tərəfindən 62 rəqəmsal stansiyanın məlumatları əsasında respublika ərazisində seysmikliyin analizi aparılıb.
Mərkəz tərəfindən bu günə qədər ümumilikdə 14652 yeraltı təkan qeydə alınıb. Onlardan 3960-ı yerli (Azərbaycan ərazisi), 7975-i isə Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərdir.
Qeyd edək ki, dekabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsi və Respublika Seysmoloji Xidmət Mərkəzin Elmi-Texniki Şurasının birgə iclası keçirilib. Qurban Yetirmişli mərkəzin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təqdim edib.
Həmçinin oxuyun: