MƏDƏNİYYƏT

Qarabağla bağlı film "Netflix"də nümayiş olunacaq?

Mədəniyyət naziri Anar Kərimov kino və teatr sahəsində şəffaf sistemin qurulmasına çalışdıqlarını bəyan edib.
Sputnik
Teatr agentliyinin yaradılması istiqamətində işlər davam etdirilir və bu sahə tədqiq edilməlidir. Onun sözlərinə görə, teatr və kino agentliyinin yaradılması proses gələn il davam etdiriləcək. . Sputnik Azərbaycan xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, teatr və kino agentliyinin yaradılmasi gələn il də davam edəcək.
Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında
“Biz istəmirik sadəcə publik hüquqi şəxs yaradılması naminə belə qurum yaradılsın. Bunun yaradılması üçün zaman lazımdır. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Biz istərdik ki, bu sahədə daha şəffaf bir sistem qura bilək. Növbəti ildə proses davam etdiriləcək”.
A.Kərimov gələn il Qarabağla bağlı filmin çəkilməsinə start veriləcəyini vurğulayıb:
Anar Kərimov mətbuat konfransında
“İnanırıq ki, "Netflix"də də onun nümayişinə nail ola biləcəyik. Əlbəttə, bu haqda danışmaq üçün çox tezdir. Biz gələcəkdə Qarabağla bağlı bir çox filmlərin çəkilməsini istəyirik. Hazırda “Qarabağ” futbol klubuna aid bir layihəmiz var. Onunla bağlı sənədli film çəkilməsi nəzərdə tutulur”.
"Bizim "Netflix"lə görüşlərimizdə məlum oldu ki, onlar Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Burda müəyyən şərtlər var. Biz növbəti illərdə çalışacağıq ki, "Netflix"lə əməkdaşlıq edək. "Netflix" böyük platformadır. Bu, ölkəmizin tanıdılması baxımından önəmlidir”, - deyə nazir bildirib.
Qeyd edək ki, nazir il ərzində hədəfin 9 istiqamət üzrə fəaliyyət planının həyata keçirilməsini də deyib:
"Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması istiqamətində 2030-cu ilədək mədəniyyət strategiyası üzərində iş gedir. Bununla bağlı yerli və xarici təcrübə öyrənilir. Bu sənəddə 5 prioritet istiqamət var. Xüsusi olaraq idarəetmə sisteminin daha şəffaf olmasını istərdik".
Həmçinin oxuyun:
Nazir: 2030-cu ilədək mədəniyyət strategiyası üzərində iş gedir