AZƏRBAYCAN XƏBƏRLƏRİ

Son iki ildə 35 şagird təhsil müəssisəsindən kənarda zorakılığa məruz qalıb

Milli Məclisdə "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı" təqdim olunub
Sputnik
BAKI, 28 dekabr — Sputnik. 2019-2020-ci illərdə 35 şagird təhsil müəssisələrindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı"nda əksini tapıb.
Sənəddə qeyd edilib ki, həmin illərdə "Məktəblinin dostu" layihəsi çərçivəsində layihənin tətbiq olunduğu təhsil müəssisələrində layihə psixoloqları ilə şagirdlərin söhbəti zamanı 35 nəfər şagirdin təhsil müəssisələrindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalması aşkar olunub.
Həmin şagirdlərdən 5-i seksual, 7-si fiziki, 5-i psixi zorakılığa və 18-i isə qısnamaya məruz qalıb.
Qeyd edək ki, Milli Məclisdə "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı" təqdim olunub.
Sənəd barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib.
Deputatlar məsələ ətrafında çıxış edirlər.