BAKI, 28 dekabr — Sputnik. SSRİ dövründən qorunub saxlanan əlaqələr öz rolunu oynayır və bu, MDB ölkələrinə koronavirus pandemiyasının ən ağır dövrünü belə bəzilərindən daha yaxşı keçirməyə imkan verir. Bu fikri RF Prezidenti Vladimir Putin MDB-nin qeyri-formal sammitində səsləndirib.
"Bu görüşün təşəbbüskarlarına bugünkü tədbirə görə təşəkkürümü bildirmək istəyirəm. O, Rusiyada, Sankt-Peterburqda keçirilsə də, demək olar ki, hər biriniz bu və ya digər şəkildə görüşün məhz bu rejimdə təşkilinin tərəfdarı oldunuz", – deyə Putin bildirib.
O qeyd edib ki, ötən onillik ərzində çox dəyişikliklər baş verib, həm də əsaslı dəyişikliklər, ancaq MDB-nin yaradılması özünü doğruldub. Bu, bir çox istiqamətlərdə, o cümlədən, təhlükəsizliyin təminatı və iqtisadiyyat sahələri üzrə inteqrasiyanın dərinləşməsinə səbəb olub.
"Bütünlükdə hələ Sovet İttifaqı dövründən qorunub saxlanılan əlaqələr öz müsbət rolunu oynayır – ümumi kommunikasiyalar, tərəfdaş kim fəaliyyət göstərən ümumi müəssisələr, kifayət qədər yüksək əməkdaşlığa əsaslanan dəyər zənciri – bütün bunlar nəinki saxlanılıb, hətta çoxu tamamilə yeni əsas üzərində və tamamilə yeni bazada inkişaf etdirilib. Bu isə bizə koronavirus pandemiyasının ağır dövrünü keçirməyə imkan verib.
Biz keçmişdən miras qalan imkanları və rəqabət üstünlüklərini qoruyub saxlamaqla, bu çətinliklərin öhdəsindən dünyanın digər ölkələrindən daha yaxşı gəlməyi bacarırıq", - deyə Rusiya Prezidenti əlavə edib.
Eləcə də oxuyun: