AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan Müdafiə sənayesi naziri medallar verəcək

Hər iki medalla təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinə verilir.
Sputnik
BAKI, 27 dekabr — Sputnik. "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı və "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005 – 2020)" Azərbaycan Respublikasının yubiley medalı təsis olunub.
Bununla əlaqədar Prezident İlham Əliyev "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, hər iki medalın təsviri təsdiq olunub.
Sənədə görə, hər iki medalla təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinə verilir.