BAKI, 26 dekabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden çox yaxşı dialoq qurublar.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada “Rossiya 1” telekanalının efirində belə deyib.
"Putin və Bayden çox yaxşı dialoq qurublar. Yəni danışanda onlar tamamilə konstruktiv və çox işgüzardırlar. Baxışlarımızın diametral şəkildə fərqləndiyi məqamlarda belə bir-birlərinə çox hörmətlə yanaşırlar. Xüsusilə də fikir ayrılığının olması o demək deyil ki, söhbət hörmətsizliklə müşayiət olunmalıdır” - deyə Peskov jurnalist Vladimir Solovyova müsahibəsində bildirib.
“Bunun rəğbət olub-olmadığını bilmirəm, amma dünyanın iki ən böyük dövlətinin liderləri danışanda bir-biri ilə başqa cür danışa bilməzlər”, - Peskov əlavə edib.
Peskov Vladimir Putin və Co Baydeni dünya səhnəsinin ən təcrübəli siyasətçiləri adlandırıb.
Onun fikrincə, Çin Xalq Respublikasının sədri Si Tsinpinə də onlarla eyni sırada baxmaq olar.
"Prezident Putin təbii ki, təkcə bir-iki gediş qabağı hesablamır, əsl şahmatçı kimi hesablayır... Belə məsələlərdə, yəqin ki, hətta qrossmeysterdən də yüksək qabiliyyət olmalıdır. Ona görə də şübhə etmirəm ki, Prezident Putin hər şeyi hesablayır”, - Peskov bildirib.
Həmçinin oxuyun: