Cənub zonasında payız-qış aylarında və xüsusən də Yeni il süfrəsi üçün talış mətbəxinin ən gözəl təamlarından olan qaşqaldaqlı plov bişirilir. Yeməyin bişirilmə qaydasını Sputnik Azərbaycan-ın videosunda izləyə bilərsiniz.
Lənkəran rayonu Şiləvar kənd sakini İlhamə Əhədova qaşqaldağın bişirilmə qaydasını oxucularımızla bölüşüb. O deyir ki, plov adi qaydada süzülür, dəmlənir, süfrəyə qaşqaldaqla birlikdə verilir.
Ümumiyyətlə qaşqaldaqdan hazırlanan yeməklər, ləvəngilər Azərbaycanın cənub bölgəsi süfrələrinin vazkeçilməzidir. Ovlanması zaman-zaman qadağan edilsə də, cənublular öz menyularını bu tünd rəngli və dadlı əti olan quşla zənginləşdirməyə davam edirlər.
Düyüdən hazırlanan müxtəlif növ plovlar isə cənub bölgəsində bəlkə də çörəkdən sonra ən çox yeyilən nemətdir.