BAKI, 23 dekabr - Sputnik. NATO heç zaman genişlənməməyə söz verməyib. Bu da beynəlxalq müqavilələrdən irəli gəlir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Qeyd edək ki, cümə axşamı keçirilmiş mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin NATO-nun Şərqə doğru genişlənməsi barədə əvvəlki vədlərini şərh edərkən bildirib ki, Rusiyanı "aldadıblar".
Rusiya lideri "90-cı illərdə bir düym belə Şərqə gedilməyəcəyi" barədə dedikdən sonra "NATO-nun genişlənməsinin beş dalğasının" olduğunu bildirib.
“NATO heç bir vaxt genişlənməyəcəyini bəyan etməyib. Hətta təşkilatın təsis müqaviləsində belə, göstərilib ki, hər bir Avropa dövləti təşkilata üzv ola bilər. ikincisi, 1970-1990-cı illərin sənədləri – Helsinki Yekun Aktı, Paris xartiyası, Rusiya-NATO Əsas aktı və digər sənədlər aydın şəkildə göstərir ki, bütün dövlətlər öz müqəddəratını sərbəst təyin edə bilər. Bu, Avropanın təhlükəsizliyin təməl prinsipidir və Rusiya da bu sənədi imzalayıb. Biz bunları bir neçə sitatla dəyişə bilmərik. Bundan əlavə, müttəfiqlər belə bir sözün nə vaxtsa verildiyini də inkar edirlər. SSRİ-nin keçmiş prezidenti M. Qorbaçov bildirmişdi ki, Almaniyanın birləşməsindən əvvəl NATO-nu n Şərqə doğru genişlənməsi məsələsi müzakirə olunmayıb".
Həmçinin oxuyun:
Rusiya lideri Putin Ukrayna ilə bağlı suala cavab verdi və Qərbə xəbərdarlıq etdi