NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Qazın qiyməti aşağı düşüb, neftin qiyməti isə...

Xatırladaq ki, dekabrın 22-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2190,4 dollaradək yüksəlib.
Sputnik
BAKI, 23 dekabr — Sputnik. Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1000 kubmetrinin qiyməti bu ilin oktyabrın axırından ilk dəfə olaraq 1900 ABŞ dollarından aşağı düşüb.
Sputnik Azərbaycan xəbər verir ki, 23 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1823,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (2020 dollar) ilə müqayisədə 9,7%-dən artıq azalma deməkdir.
Ötən gün keçirilən hərracların bağlanması zamanı Avropada qazın 1000 kubmetrinin qiyməti təxminən 2000 ABŞ dolları səviyyəsində qərarlaşıb. 22 dekabr tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1934,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (2106,2 dollar) ilə müqayisədə 8,2% azdır.
Xatırladaq ki, dekabrın 22-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2190,4 dollaradək yüksəlib.
Neftin qiymətinə gəldikdə isə, Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti yaxud 2,14 % artıb. Belə ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 77,45 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Həmçinin oxuyun:
Azərbaycan Avropanın enerji təhlükəsizliyini necə təmin edir
Avropada qazın qiyməti ağlasığmaz dərəcədə bahalaşdı