BAKI, 23 dekabr — Sputnik. "Prezident İlham Əliyevin idarəçilik təcrübəsi sayəsində gələcəyə yönələn işlər görərək səmərəli nəticələr əldə etmək mümkündür".
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan – Rusiya münasibətləri, müasir Azərbaycanın inkişafında Prezident İlham Əliyevin roluna həsr olunmuş onlayn "dəyirmi masa"da rusiyalı politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov bildirib.
O, 2020-ci ildə müharibədə qalib gələrək ərazi bütövlüyünü bərpa edən Azərbaycanın mükəmməl nəticələr qazandığını xatırladaraq deyib ki, postmünaqişə dövrü ilə bağlı bütün məsələlərin birdən həll olunacağını güman etmək lazım deyil.
Onun sözlərinə görə, vahid logistika əlaqələrinin qurulması, Zəngəzur dəhlizinin açılması və birgə bəyanatın başqa bəndlərinin həyata keçirilməsi üçün vaxt tələb olunur.
Həmçinin ekspert vurğulayıb ki, 2022-ci ildə Azərbaycan-Rusiya münasibətlərində böyük irəliləyiş gözlənilir.
Eləcə də oxuyun:
* Korotçenko: "Rusiya Azərbaycanın uğurlarından məmnundur"
* Rusiyalı ekspert: "Prezident İlham Əliyev dünyanın nüfuzlu liderlərindəndir"
* PA rəsmisi: "Rusiya ilə münasibətlər daha da yaxşılaşacaq"