DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanın keçmiş naziri barəsində axtarış elan olunub

Sabiq nazirlə yanaşı, Ermənistanın İsraildəki səfiri Armen Smbatyan barəsində də eyni məsələ üzrə cinayət işi başlanılıb.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. Ermənistanın keçmiş mədəniyyət və gənclərin işi üzrə naziri Asmik Poqosyan barəsində axtarış elan olunub.
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə o, qanunsuz bina alverində ittiham olunur.
Qeyd edək ki, bu ilin aprelində Ermənistanın İsraildəki səfiri Armen Smbatyan barəsində də bu məsələ üzrə cinayət işi başlanılıb. Bildirilib ki, səfir vəzifə səlahiyyətlərindən sui-istifadə edərək keçmiş nazir Asmik Poqosyanla cinayət əlaqəsinə girməkdə və çirkli pulların yuyulmasında ittiham olunur. İstintaqın gedişində müəyyən edilib ki, A.Smbatyan Xarici Ölkələrdəki Ermənilərlə Mədəni Əlaqələr Cəmiyyətinin sədridir.
O, cəmiyyətin sədr müavini olan keçmiş nazir A.Poqosyanın Yerevanda tarixi-mədəni əhəmiyyətli binanın yerləşdiyi ərazidə cəmiyyət üçün torpaq əldə etməsinə köməklik göstərib. Bina və ərazi formal sövdələşmə nəticəsində 550 min ABŞ dollarına Böyük Britaniyanın Virciniya adalarında keçmiş nazirin gəlininin adına qeydiyyata alınan ofşor şirkətə satılıb.
Səfir 20 milyon dram (40 min ABŞ dolları) girov qoyub. Ona görə də hələlik barəsində həbs qətimkan tədbiri seçilməyib.