BAKI, 22 dekabr — Sputnik. Əhalinin maddi vəziyyəti 47 faiz aşağı düşüb və bu da ailə modelini zədələyir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa Azərbaycanda mövcud ailə münasibətlərinin sosial-psixoloji təhlili barədə danışarkən deyib.
O sosial şəbəkələrin rolundan da bəhs edib, bildirib ki, Finlandiyada sosial şəbəkələr elmin, Kolumbiyada narkomaniyanın, Azərbaycanda isə dedi-qodu, lağlağının yayılmasına səbəb olub:
"Biz dedi-qodu, lağlağı ilə sosial şəbəkələri məğlub etdik".
O, bu gün cəmiyyətdə ictimai rəyin öyrənilməsində önəmli rola malik olan Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətindən də bəhs edib, bildirib ki, STM tərəfindən müxtəlif mövzularda sorğuların aparılması çox önəmlidir:
"Düşünürəm ki, STM kimi hər bir qurum bu qədər fədakarlıq göstərsə, problemlər qısa zamanda həll olunar. Çünki vəzifə həm də məsuliyyətdir".
Qeyd edək ki, bu gün "Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil" ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrinə dair konfrans keçirilib. Konfransda aparılan sorğuların nəticələri açıqlanıb.
Həmçinin oxuyun:
Azərbaycanda ailə üçün əsas təhdid nədir? - İctimai rəy
Azərbaycanda ailə dəyərləri dəyişib? - Sorğunun maraqlı nəticəsi