AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan hökuməti xüsusi karantin rejimi ilə bağlı qərar verdi

Qeyd edək ki, bu müddət 2022-ci ilin yanvarın 1-də başa çatırdı.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. Baş nazir Əli Əsədov Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb.
Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabinetindən məlumat verilib.
Qərarla Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2022-ci il martın 1-dək uzadılıb.
Qeyd edək ki, bu müddət 2022-ci ilin yanvarın 1-də başa çatırdı.
Nazirlər Kabinetinin 29 oktyabr qərarı
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərar verib.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejiminin müddəti noyabrın 1-dək olub.
Həmçinin oxuyun:
* Omikron ştammı koronavirusa yeni "çalar" verdi: nadir əlamətlər
* Eyni vaxtda yoluxdura bilən ştammlar - Delta və Omikron