BAKI, 21 dekabr — Sputnik. ABŞ və NATO Rusiya yaxınlığında təlimlərin miqyasını artırır, strateji aviasiyadan istifadə edir və şərti nüvə raketlərinin buraxılışını həyata keçirir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.
"ABŞ və NATO Rusiya yaxınlığında qoşun hazırlığı tədbirlərinin miqyasını və intensivliyini məqsədyönlü şəkildə artırır. Onlar tez-tez obyektlərimizə şərti nüvə raketlərinin buraxılışını həyata keçirən strateji aviasiyadan istifadə edirlər. Onların Rusiya sərhədlərində uçuşlarının sayı 2 dəfədən çox artıb", - deyə Şoyqu Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən Müdafiə Nazirliyinin geniştərkibli kollegiya iclasında qeyd edib.
Bundan əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, NATO-nun Rusiya sərhədlərinə doğru bundan sonrakı hərəkəti Moskva tərəfindən "qırmızı xətlər"in keçilməsi kimi dəyərləndiriləcək.
"NATO-nun genişləndirilməsinə dair bizim mövqeyimiz bəllidir – əgər alyans Rusiya Federasiyasının sərhədlərinə doğru irəliləməyə davam edərsə, bu, "qırmızı xətlər"in keçilməsi kimi dəyərləndiriləcək", – deyə Lavrov jurnalistlərə bildirib.
Qeyd edək ki, dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizlik zəmanətinə dair müqavilə layihələrini yayımlayıb. Sənədlər artıq Vaşinqtona və onun müttəfiqlərinə təqdim olunub. Layihənin bəndlərindən birində təklif olunur ki, NATO alyansın Ukrayna ərazisinə qədər genişləndirilməməsinə təminat versin.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun RİA Novosti-yə verdiyi məlumata görə, NATO və ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti tələbinə cavab verməsələr, bu, qarşıdurmanın yeni mərhələsinə gətirib çıxara bilər.
Həmçinin oxuyun: