DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya və Türkiyə Suriyadakı vəziyyəti müzakirə edib

Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin sözlərinə görə, tərəflər bu ölkədə vəziyyətin sabitləşməsində maraqlıdır.
Sputnik
BAKI, 21 dekabr — Sputnik. Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Astana formatında keçirilən danışıqlarda Türkiyə tərəfinə Suriyanın ərazi bütövlüyü məsələsinin həllinin vacibliyini vurğulayıb.
Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb. Lavrentyevin sözlərinə görə, tərəflər Suriyada vəziyyətin sabitləşməsində maraqlıdır, məhz buna görə də "Astana prosesi"ndə iştirak edən nəhəng dövlətlər (İran, RF, Türkiyə) Suriyanın suverenliyinə və ərazi bütövlüyünə sadiqlikdən danışırlar.
"Ancaq gördüyümüz kimi, çətinliklər mövcuddur və onları həll etmək lazımdır", – deyə Levrentyev Türkiyə nümayəndə heyəti ilə görüşdə bildirib.
Qeyd edək ki, Levrentyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti artıq Suriya və İranın hökumət nümayəndələri ilə görüşüb.
İran nümayəndə heyətinin rəhbəri Əli Əsgər Hacı Lavrentyevlə danışıqlardan sonra Suriyada hadisələrin inkişafı ilə bağlı Moskva və Tehranın mövqelərinin yaxınlığı barədə jurnalistlərə açıqlama verib.
Xatırladaq ki, dekabrın 21-də Nur-Sultanda Suriya nizamlanmasına dair "Astana formatı" çərçivəsində danışıqlar start götürüb. İki gün davam edəcək məsləhətləşmələrdə qarant ölkələrin – İran, Rusiya və Türkiyənin nümayəndə heyəti, eləcə də Suriya hökuməti, Suriya hərbi müxalifəti və BMT-nin nümayəndələri iştirak edirlər.