BAKI, 20 dekabr - Sputnik. "Rossiya Seqodnya" BİA-nın baş direktoru və "Rossiya 1" kanalında "Həftənin xəbərləri" verilişinin aparıcısı Dmitri Kiselyov Qərbi Rusiyanı ona qədər uçuş vaxtının 4 dəqiqə olduğu bir vəziyyətə gətirməməyə çağırıb. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Ölkələrin Rusiyanın yaxınlığında olmaqda bəzxti gətirib, yaxud da gətirməyib, lakin bu, tarixi reallıqdır, onlar heç yerə köçməyəcəklər... Biz Meksika haqqında da bunu deyə bilərik - ABŞ-ın yanında olmaqdan bəxtiyar və ya bəxtsizdir... Amma maraqlarımızı uyğunlaşdırmaq, Rusiyanı ona qədər uçuş vaxtının 4 dəqiqə olduğu hala salmamaq yaxşı olardı”, - Kiselyov BBC televiziya və radio şirkətinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya Qərbə təhdid yaratmamağı təklif edir, əks halda hər şey radioaktiv külə çevrilə bilər.
Onun sözlərinə görə, Rusiya Qərbə təhdid yaratmamağı təklif edir, əks halda hər şey radioaktiv külə çevrilə bilər.
Dekabrın 7-də Rusiya Federasiyası və ABŞ liderləri Vladimir Putin və Co Bayden bağlı qapılar arxasında danışıqlar aparıblar. Nəticədə Ağ Ev bildirib ki, Bayden söhbətdə Ukrayna ətrafında yaranmış vəziyyətdən narahatlığını ifadə edib, məsələnin diplomatik yolla həllə çağırıb.
Putin amerikalı həmkarını Ukraynanın Minsk razılaşmalarına əməl etməməsi və sazişləri sabotaj etməsi barədə məlumatlandırıb. O həmçinin qeyd edib ki, məhz NATO Ukrayna ərazisini zəbt etmək və Rusiya sərhədlərində hərbi potensialını artırmaq üçün təhlükəli cəhdlər edir. Putin ABŞ rəhbərinə deyib ki, NATO-nun daha da şərqə doğru irəliləməsi və Ukraynaya hücum silahlarının yerləşdirilməsi - “qırmızı xətlər”dir.
Dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizlik təminatlarına dair saziş layihələrini dərc edib. Sənədlər artıq Vaşinqtona və onun müttəfiqlərinə verilib. Layihənin bəndlərindən birində təklif olunur ki, NATO alyansın Ukrayna ərazisinə qədər genişlənməməsinə təminat versin.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun RİA Novosti-yə verdiyi məlumata görə, NATO və ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti tələbinə cavab verməsələr, bu, qarşıdurmanın yeni mərhələsinə gətirib çıxara bilər.