CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda öz ərizəsi ilə işdən çıxanlara müavinət verilə bilər

Deputat Musa Quliyev bildirib ki, gələcəkdə öz ərizəsi ilə işdən çıxan və bir müddət işsiz qalan şəxslərə hər hansı bir şəkildə sosial müavinət və ya dəstək verilə bilər.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Öz ərizəsi ilə işdən çıxanlarla bağlı Dövlət Məşğulluq Agentliyi ilə danışıqlar aparırıq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında "İşsizlikdən sığorta haqqında" qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, gələcəkdə öz ərizəsi ilə işdən çıxan və bir müddət işsiz qalan şəxslərə hər hansı bir şəkildə sosial müavinət və ya dəstək verilə bilər.
Komitə sədri deputat Əli Məsimlinin qanun layihəsinin I oxunuşda dediyi "pandemiya dövründə Azərbaycanda 267 900 nəfər öz ərizəsi ilə işdən çıxıb" fikrinə də münasibət bildirib: "Pandemiya dövründə 327 min şəxsin işdən çıxması ilə bağlı məlumat verilib. Onu da vurğulayım ki, bu müddət ərzində 387 min insan isə işə qəbul olunub".
Qeyd edək ki, "İşsizlikdən sığorta haqqında" qanuna dəyişiklik təklif olunur. Layihəyə əsasən, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajı azaldılacaq. Həmçinin, sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi təklif edilir.
Layihədə qeyd edilib ki, "İşsizlikdən sığorta haqqında" qanun aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması, ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizminin formalaşmasını, məşğulluq xidmətlərinin yeni modelinin tətbiqini təmin edir.
Mövcud qanunda işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsi müəyyənləşdirilsə də, işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların sığorta ödənişindən yararlanması üçün əhatə dairəsinin genişləndirilməsi məqsədilə mütəmadi olaraq təkliflər hazırlanır.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Həmçinin oxuyun:
Müavinət və təqaüdlərin artırılması barədə fərman və sərəncamlar kimləri əhatə edir
Əlillərin müavinətləri hansı qaydada və nə qədər artırılacaq - Nazirlik aydınlıq gətirdi
Azərbaycanda minimum əməkhaqqı artırıldı
İlham Əliyev müəllimlərin maaşlarını qaldırdı
İlham Əliyev büdcədən maliyyələşənlərin əmək haqlarını qaldırdı