RUSİYA

"Sputnik" peyvəndini dəfələrlə vurmaq olar - Gintsburq

Onun sözlərinə görə, "Sputnik V" ilə peyvənd və altı aydan sonra eynikomponentli "Sputnik Light" preparatı ilə təkrar peyvənd olunmaq omikron ştammına qarşı tam qorunmanı təmin edir.
Sputnik
BAKI, 19 dekabr - Sputnik. Koronavirusa qarşı "Sputnik" peyvndi ilə revaksinasiyanın sayında məhdudiyyət yoxdur. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Qamaleya adına epidemiologiya və mikrobiologiya elmi-tədqiqat mərkəzinin direktoru Aleksandr Gintsburq deyib.

"Sputnik"lə hər altı aydan bir peyvəndlənmək olar - saysız qədər", - deyə Gintsburq yerli telekanallardan birində nümayişolunan filmdə deyib.

Qeyd edək ki, Gintsburq koronavirusun omikron-ştammından tam qorunmağın mümkün olduğunu açıqlayıb.
Onun sözlərinə görə, "Sputnik V" ilə peyvənd və altı aydan sonra eynikomponentli "Sputnik Light" preparatı ilə təkrar peyvənd olunmaq omikron ştammına qarşı tam qorunmanı təmin edir.
Xatırladaq ki, Rusiyanın Birbaşa İnvestisiya Fondu həmçinin bildirib ki, "Sputnik V" koronavirusuna qarşı yerli dərman antitellərin omikron ştammına qarşı davamlı neytrallaşdırıcı reaksiyaya səbəb olur və xəstəliyin ağır hallarından qoruyur.
Həmçinin oxuyun:
Eyni vaxtda yoluxdura bilən ştammlar - Delta və Omikron
ÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma zəifdir
COVID-dən sonra bu dərmanlar insulta səbəb bilər
Vaksin olunmuşlardan yoluxma ehtimalı