BAKI, 18 dekabr - Sputnik. Axşam saatlarında Goranboy rayonu ərazisinə qatı duman çöküb. Sputnik Azərbaycan xəbər verir ki, Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində avtomobillərin hərəkətində ləngimələr yaranıb.
Goranboyda duman
© Sputnik / Rahim Muradov
Sürücülər avtomobilləri aşağı sürətlə idarə etməyə məcbur olublar.
Bölgədə az-az müşahidə edilən dumanlı hava şəraiti sakinlər üçün sürpriz olub. Dumanlı hava şəraiti bölgədə davam edir.
Goranboyda duman
© Sputnik / Rahim Muradov
Qeyd edək ki, noyabrın son günü Bakıdan Naxçıvana "Azərbaycan Hava Yolları"nın (AZAL) iki reysi gecikmişdi. Buna səbəb Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman olmuşdu.
Sinoptiklər sabah da paytaxtda və ölkənin bəzi rayonlarında vaxtaşırı duman olacağını proqnozlaşdırırlar.
Eləcə də oxuyun: