İDMAN

Azərbaycanlı idmançı dünya rekordu qırdı

Azərbaycanın əməkdar idman ustası həm beşqat dünya çempionu olub, həm də dünya rekordu qırıb.
Sputnik
BAKI, 18 dekabr - Sputnik. Moskvada pauerliftinqin WRPF/WEPF versiyası üzrə yeddinci dünya çempıonatı keçirilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən bildirir ki, yarışda 32 ölkədən 3 minə yaxın idmançı mübarizə aparıb.
Turnirdə “benç press” hərəkətində ölkəmizi təmsil edən Əməkdar idman ustası Zaur Cəfərov (110 kq) 237,5 kiloqram nəticə ilə beşqat dünya çempionu olub.
Qeyd edək ki, bu nəticə ilə o, həm də dünya rekorduna imza atıb.
İdmançılarımızın pauerliftinq üzrə son ən yaxşı nəticələrindən biri bu il Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında əldə edilib. Pauerliftinq növündə çıxış edən idmançımız Pərvin Məmmədov bürünc medala sahib olub.