Tibb müəssisəsinə eyni göndərişlə ambulator xidmət üçün 21 gün ərzində müraciət etmək olar.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov "Göndərişlər" mövzusunda çıxışında deyib.
O bildirib ki, həmin şəxs üzərində əməliyyat icra olunubsa, eyni tibb müəssisəsinə, eyni həkimə və eyni şikayətlə müraciət etdikdə 45 gün ərzində keçərlidir:
“Şikayət fərqli olarsa, yeni göndəriş lazımdır. Və ya başqa tibb müəssisəsinə də müraciət etmək üçün yeni göndəriş olmalıdır”.
Qeyd edək ki, bir müddət öncə əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsinə dair təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd Agentliyin fəaliyyətini və ümumilikdə icbari tibbi sığorta mövzusunu işıqlandıran media mənsublarına bu sahəni daha dolğun əks etdirmələri üçün ətraflı məlumat vermək, onlarla əməkdaşlıq imkanlarını genişləndirmək, habelə qeyri-hökumət təşkilatları ilə tərəfdaşlığı gücləndirmək olub.
Eləcə də oxuyun: