BAKI, 16 dekabr — Sputnik. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti
Erkin Rəhimov bildirir ki, uşağın sağlam həyat sürməsi üçün böyümə və inkişafını izləmək çox vacibdir.
Sputnik Azərbaycan Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssis-ekspert bildirir ki, uşaqlarda böyümə və inkişafın monitorinqində ən çox istifadə edilən ölçmələr bunlardır:
Uşaqların böyümə və inkişafını izləmək, mövcud sağlamlıq vəziyyəti, uşağın rasional və balanslı qidalanıb-qidalanmaması kimi bir çox mövzuda göstərici ola bilər:
Mütəxəssis qeyd edir ki, hər ölkənin milli genofondu, yəni genetikası, yaşama mühitləri fərqlidir. Ona görə də ümumən baxdığınız zaman hər ölkədə uşaqların böyümə trendi bir az da olsa bir-birindən fərqlənə bilər. O bildirib ki, bu günə qədər Azərbaycanda istifadə edilən başqa ölkələrin cədvəlləri idi:
"Məsələn, bir çox dövlət və özəl klinikalarımızda qardaş Türkiyənin tərtib etdiyi cədvəllər istifadə edilirdi. İstifadə olunan cədvəllər 2008-ci ilə aid idi. Heç kimə yad deyil ki, bu gün bütün dünyada piylənmə uşaq yaşlarında artıq başlayır. Bunları nəzərə aldıqda yeni cədvəlin tərtib edilməsinə ehtiyac var idi və biz öz cədvəlimiz hazır olduğu zaman aradaki fərqi gördük. Aparılan elmi tədqiqat bir neçə ilə qədər davam etdi, hər yaş qrupundan uşaqları seçdik, onların çəki, boy, baş dairəsinə baxdıq və göstəricilər əsasında cədvəllər tərtib etdik. Artıq rahatlıqla ölkəmizə aid cədvəli istifadə edə bilərik. Yəni cədvə bizim uşaqlara aid olduğu üçün onların çəkisi, ya da boyu nisbətən az, ya çox olmasını bu cədvəl vasitəsilə müəyyən edə bilərik".
Uşaqların yaşına uyğun boyu və çəkisinə gəldikdə isə ekspert bildirib ki, cədvəllərdə ən alt və ən üst norma var və bu göstəricilərin daxilində olan uşaqlar normal hesab olunur. Eyni zamanda, uşaqlarda biz standart çəki vahidi qəbul etmirik, çünki uşaq ola bilər ki, alt normasının göstəricisinə yaxındır, amma davamlı inkişafı eyni tendesiyada gedir. O zaman bu çəki onun üçün normal qəbul edilir:
Erkin Rəhimov onu da vurğulayıb ki, boy artımı ən çox ana bətnində baş verir. Daha sonra boyun sürətlə artması iki yaşa qədər, xüsusən ilk 6 ayda baş verir. Və nəhayət, yeniyetmə dövründə boy artımı çox sürətlə gedir:
"Sümüklərin uzunluğu böyümə plastinalari – sümüyün epifiz adlanan sahələri hesabına böyüyür. Böyümə zonaları yoxa çıxdıqdan sonra insanın boyu daha artmır. Qızlarda boy artımı 14-15 yaşına, oğlanlarda isə 15-16 yaşına qədər davam edir. Nadir hallarda boy uzanması 23-25 yaşa qədər davam edir".