TƏHSİL

Yeni il şənlikləri ilə bağlı məktəb direktorlarına tapşırıqlar verilib

İdarə müdiri məktəblərdə Yeni il şənliklərinin keçirilməsi ilə bağlı deyib ki, müəyyən addımlar ata bilərlər.
Sputnik
BAKI, 15 dekabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə Yeni il şənliklərinin keçirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
Sputnik Azərbaycan-ın Report-a istinadən xəbərinə görə, idarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında artıq bu barədə məktəb rəhbərliyinə tapşırıqlar verildiyini deyib.
O qeyd edib ki, pandemiya şəraitində məktəblərdə kütləvi böyük tədbirlərin keçirilməsi arzuolunan deyil: "Təbii ki, valideynlərin bununla bağlı hər hansı təşəbbüslə çıxış etməsinin qarşısını ala bilmərik. Lakin bununla bağlı neqativ hal varsa, biz problemlərin həlli istiqamətində addımlar atmağa çalışacağıq. Ona görə belə hallarla rastlaşacaq şəxslər idarəyə müraciət edə bilərlər".
Xatırladaq ki, ölkədə sentyabrın 22-dən 1-4-cü, sentyabrın 29-dan isə 5-11-ci siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb. Koronavirus pandemiyası səbəbindən hazırda həm paytaxtda. həm də regionlarda bir neçə məktəb müvəqqəti (karantin dövrü) distant təhsilə üstünlük verib.
Eləcə də oxuyun:
* Yeni il oyuncağının ev yandırdığı dövr - Bayram hazırlığında nələrə diqqət edək
* Yolka satıcısı: Hələ siftə etməmişik