BAKI, 15 dekabr — Sputnik. Rusiya və Çin rəhbərləri Vladimir Putin və Si Cin Pin iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsindən artıq olduğunu təsdiqləyiblər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Hər iki lider bildirib ki, əlaqələr indiyədək görünməmiş yüksək səviyyəyə çatıb və çox uğurla inkişaf edir. Çin Xalq Respublikasının sədri hətta obrazlı şəkildə dedi ki, ikitərəfli münasibətlərimiz öz gücü və səmərəliliyinə görə müttəfiqlik səviyyəsini də üstələyir, yəni ikitərəfli münasibətlərə ən yüksək qiymət verilib", - deyə Uşakov qeyd edib.
Uşakov onu da qeyd edib k, Rusiya lideri Putin 2022-ci ilin fevralında Çinə səfər edəcək və burada Çin lideri ilə ikitərəfli münasibətlər, aktual problemlərə dair bütün spektr və cari məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılacaq.
Rusiya Prezidentinin köməkçisi qeyd edib ki, Putin və Si Cin Pin ABŞ-da təşkil olunan demokratiya sammitini müzakirə edib və onun qeyri-səmərəli olduğunu, yeni bölücü xətlər yaratdığını bildiriblər.
Uşakov, həmçinin qeyd edib ki, liderlər "Sibirin gücü 2" qaz kəməri vasitəsilə qaz nəqli mövzusunu müzakirə ediblər.