BAKI, 15 dekabr — Sputnik. Azərbaycan müstəqilliyini qazanandan sonra ölkəmizdə modanın inkişafı yönündə ciddi, perspektivli addımlar atıldı. Sevindirici haldır ki, son vaxtlar ölkəmizdə dəb yeniliklərini bir üslub kimi formalaşdıran, yeni-yeni istiqamətləri təmsil edərək uğur qazanan bir çox modelyerlər fəaliyyət göstərirlər.
Azərbaycan moda salnaməsində özünəməxsus yeri olan modelyerlərdən biri də
Leyla Əhmədovadır. Leyla xanım bu sahəyə ilk addımlarını atanda ölkəmizdə moda sahəsi demək olar ki, yox səviyyəsində olub. Tanınmış moda ustası ilk addımlarından, qarşılaşdığı problemlərdən və uğurlarından
Sputnik Azərbaycan-a söhbət açdı:
"İyirmi beş ildir ki, bu sahədəyəm. Həmişə geyimlərimdə milliliyimizi qoruyub saxlamışam, təbliğ etmişəm. Geyimlərimdə təkəlduz, buta, aypara və sair elementləri istifadə etmişəm. Kolleksiyalarımda, podium üçün tikdiyim geyimlərdə, hətta adi insanların geyimlərində bu üslubu qoruyub saxlamağa çalışmışam".
1997-ci ildən bu vaxta qədər hazırladığı bütün geyimlərdə milli ornamentlərə üstünlük verən modelyer deyir ki, əvvəllər onun işlərinə rişxəndlə yanaşırmışlar:
Dövrünü qabaqlayan modelyer deyir ki, o zamanında öz kolleksiyalarında xarıbülbüldən istifadə edib. Halbuki həmin dönəmlərdə heç kə geyimində bundan istifadə etməyib:
"Müharibədən sonra bütün modelyerlər xarıbülbülü geyimlərində istifadə edirlər. Amma mən onu 20 il əvvəl istifadə etmişəm. 2001-ci ildə Moskvada Rus-Yəhudi moda həftəsi keçirilmişdi. Həmin tədbirdə mənim nümayiş etdirdiyim geyimdə xarıbülbül var idi. Amma ona heç kəs fikir vermirdi. 5 gül var idi, xarıbülbül də daxil".
Hər zaman tarixdə qalmağı özündə rəhbər tutan modelyer deyir ki, onun müəllifi olduğu kolleksiya dünya patenti alıb:
Dünyanın bir çox ölkələrində geyimlərini nümayiş etdirən modelyer bildirir ki, dünya brendləri onun naxışlarının sirrini öyrənmək istəyiblər:
"Mən heç bir dünya brendini yaradıcılarına milli naxışlarımızı sirrini verməmişəm. Demişəm ki, bu bizimdir, onların sirrini heç kimə vermərəm".
Yeni koleksiyaları haqqında məlumat verən modelyer bildirir ki, yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq:
"Kolleksiyamda əsasən hərbi rənglər olacaq. Bir az fərqlilik qatmışam. Hərbi geyimlərimiz naxışlarından seçilir. Sentyabr ayında həmin kolleksiyanı təqdim edəcəyəm".
Modelyer bildirir ki, moda hər kəsə aiddir, dindar xanımlar da müasir geyinə bilərlər. Onlar İslamın buyurduğu şərtləri özlərində rəhbər tutaraq, müasir geyinə bilərlər:
"Azerbaijan Fashion Week"in yeni mövsümü hər kəsi nə ilə təəccübləndirdi?