MƏDƏNİYYƏT

Məhşur cazmenin Londona köçməsi, Avişay Koenlə tanışlığı və Bakıdakı konserti

Məhşur musiqiçi Elçin Şirinov əcnəbi həmkarları ilə birlikdə Bakı səhnəsində çıxış edərək, onlar üçün şəhər ekskursiyası təşkil edib.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Heydər Əliyev Mərkəzində Azərbaycanın əməkdar artisti Elçin Şirinovun da daxil olduğu amerikalı caz kontrabas ifaçısı və müğənni Avişay Koenin triosunun konserti baş tutub.
Cazmen sonuncu dəfə doğma səhnəsində 2016-cı ildə Bakı Caz Festivalı çərçivəsində çıxış edib. Elçin Şirinov Sputnik Azərbaycan-a müsahibəsində Bakı səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Elçin Şirinov
Londana köçmək
Bir neçə il bundan əvvəl musiqiçi Londona köçərək orada yaşamağa qərar verirb, çünki onun triosunun musiqiçiləri Andrea Di Bias və Con Skott orada yaşayırlar. Onun üçün orada onlarla məşq etmək, birlikdə ifa etmək daha asandır. Bütün bunlarla yanaşı, Londonda tez-tez keçirilən müxtəlif musiqiçilərin konsertlərini Şirinov məmnuniyyətlə ziyarət edib. Məsələn, ötən gün Avropaya qastrol səfərindən əvvəl üç günlük boş vaxtı var idi və o, fürsətdən istifadə eərək London Simfonik Orkestrinin konsertində iştirak etmək qərarına gəlib.
Avişay Koenlə tanışlıq
Şirinov 2016-cı ildə Polşada caz festivalında iştirak edərkən İsrailin musiqiçisi Noam David ilə tanış olub. Onlar birlikdə hətta caz-seyşendə də çıxış ediblər.
"Bizdə elə bir hiss yaranmışdır ki, sanki biz uzun illərdir birlikdə çıxış edirik. Bizim ifamız bir-birini tamamlayırdı. İkimiz də bu çıxışdan zövq alırdıq. Bundan sonra biz söhbət etdik. O, mənə Təl-Əvivdə yaşadığını söylədi. Ona ilk sualım Avişay Koenlə bağlı idi. Onların bir-biriləri ilə tanış olub-olmaması mənə maraqlı idi. O, dost olduqlarını deyəndə düzünü desəm inanmadım, çünki 2000-ci ildən bəri Avişayı dinləyirəm və Noamı onun yanında heç görməmişəm. Ancaq səhərisi gün "Youtube"də onların birgə çıxışlarının videosunu tapdım", - deyə Şirinov bildirib.
Elçin Şirinov
İsrailli həmkarı ilə iki il tanışlıqdan sonra Naom ona yazıb. Məlum olub ki, o, Elçini iki həftədir ki, axtarır. Polşa festivalında iştirak edən musiqiçilər ona Şirinovu tapmaqda köməklik ediblər. Musiqiçi cazmenin videolarını Avişay Kohenə göstərib və o, Elçinin ifasından çox məmnun olaraq onunla tanış olmaq istəyəyib.
"Bu, mənim üçün şok oldu. Avişay mənə zəng edəndə onunla danışdığıma inana bilmirdim. O, mənim ifamla bağlı çoxlu xoş sözlər söylədi. Onun sözlərini heç vaxt unutmayacağam: Please don 't change (Xahiş edirəm dəyişmə). O an yaşadığım hisslərimi təsvir etmək belə çox çətindir. Yadımdadır ki, səhərə qədər xoşbəxtlikdən yata bilmirdim. 2018-ci ildə o, məni İsrailə dəvət etdi. Bir həftə birlikdə məşq etdik. Sonra isə Parisdə konsert verdik. Demək olar ki, hər gün çıxışlarımız olurdu. London, Tokio, Berlin, Vyana və dünyanın digər şəhərlərində birlikdə çıxış edirdik. 2019-cu ildə Tokio Caz Festivalına qatıldıq. Birinci hissədə Avişay triosunun, ikinci hissədə isə amerikalı pianoçu Çik Korianın çıxışı oldu. Bu gün mənim üçün çox əlamətdar idi. Çıxışımız bitdikdən sonra Çik Koria yanımıza yaxınlaşaraq Koendən mənim haqqımda soruşdu: "Bu Azərbaycandan olan italyan kimdir?" Çik həmçinin çıxışım haqqında çoxlu xoş sözlər söylədi", - deyə Şirinov etiraf edib.
Avişay daha sonra əməkdar artistə Çik Koreanın səsini diktofona yazmağı və onu reklamı üçün istifadə etməyi tövsiyə edib. Şirinov kumirindən bu qədər tərifli sözlər eşitdiyinə görə çox xoşbəxt idi.
Hazırda cazmen əsasən Avişay Koenin triosunda, bəzən də müxtəlif caz festivallarında solist kimi çıxış edir. Çox vaxt Azərbaycan musiqilərini ifadə edir.
Bakıda konsert
Şirinov xaricdə yaşasa da, Vətəninə həmişə məmnuniyyətlə gəlir. O, Bakı səhnəsində çıxış etmək üçün dəvətdən çox məmnun idi. Musiqiçinin sözlərinə görə, Azərbaycan tamaşaçısı onun üçün çox doğmadır və ürəyində xüsusi yer tutur.
Elçin Şirinov
"Bu kosertin təşkilinə görə "Premyer LTD art management"ə, xüsusilə də Nəzakət Qasımovaya minnətdaram, çünki hamımız bilirik ki, hazırda bütün bunları təşkil etmək o qədər də asan deyil. Bu konsertdə mənim üçün ən təsirli məqam atamın ilk dəfə orada iştirakı və mənim ifamı canlı olaraq dinləməsi idi. Avişayın zalda əyləşən valideynlərimi də səhnədən salamlaması mənə xoş oldu. Həmin axşam salonda fantastik ab-hava var idi", - deyə Şirinov etiraf edib.
Musiqiçi Bakıda tez-tez konsertlər verəcəyinə ümid edir. Şirinov həmkarları üçün şəhərə ekskursiya da təşkil edib. Avişay Koen ən çox İçəri şəhəri və Heydər Əliyev Mərkəzini bəyənib. Şirinov Bakıya növbəti səfəri zamanı həmkarına Şuşa şəhərini göstərmək niyyətindədir. O, özü də oranı ziyarət etmək arzusundadır.
"Sosial şəbəkədə konsertdən fotoları paylaşanda bizə dünyanın hər yerindən insanlar yazdı. Avişay Bakını çox bəyəndi. O, hətta hər il burada çıxış etməyə hazır olduğunu da etiraf edib", - deyə cazmen vurğulayıb.
Gələcək üçün planlar
Şirinov hazırda Koenlə gələn il işıq üzü görəcək yeni albom üzərində işləyir. Bu, onların üçüncü birgə albomu olacaq, bundan əvvəl onlar "Arvoles" və "Two Roses"u buraxıblar.
Həmçinin oxuyun:
Cavan Zeynallı: hər dəfə pianonun arxasında oturanda yenidən doğulmuş kimi oluram
Bakıda "Jazzery Voices" layihəsi çərçivəsində silsilə tədbirlər təşkil olunacaq